Böyük ümidlər bu 3 trasdadır: Marko “Red Bull”un xilas planını elan etdi!
“Red Bull”un keçmiş müşaviri Helmut Marko RB22 bolidinin işlənməsi zamanı buraxılan səhvləri göstərib, habelə “öküzlər”in “Formula-1”in növbəti mərhələlərində qələbə qazanmaq üçün ən çox hansı mətəqələrdə şanslı olduğunu ehtimal edib.
TodayPress TV xəbər verir ki, bu barədə “FormulaPassion” portalı məlumat yayıb.
““Red Bull” mövsümə pis başlamadı, lakin sonra hər şey mənfi ssenari üzrə inkişaf etməyə başladı. Bolidin təkmilləşdirilməsində iki dəfə yanlış istiqamət seçsəniz, xərc limitlərini də nəzərə alsaq, vəziyyət maliyyə baxımından da mürəkkəbləşir.
Montsada nəsə demək hələ çox tezdir. Zandvort kimi qısa trasda geriləmə 0,4–0,5 saniyə təşkil edirdi ki, bu da bir əbədiyyətdir. Qalib gəlmək çətin olacaq. Yəqin ki, ən böyük şanslar Texas, Las-Veqas və ya Meksikadadır”, — deyə Marko bildirir.
Namiq HUN