Variant yoxdur - Netanyahu İrana hücum edəcəklərini açıqladı
İsrailin Baş naziri Benyamin Netanyahunun İran əleyhinə yeni hərbi əməliyyatların qaçılmaz olduğunu bildirdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, İsrailin “Channel 13” telekanalının məlumatına görə, Netanyahu yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşlərdə bu fikri səsləndirib.
Məlumata əsasən, Netanyahu Vaşinqtonla davam edən məsləhətləşmələrin İrana qarşı əvvəlki hərbi əməliyyatlardan öncə aparılan diplomatik və hərbi koordinasiyaya bənzədiyini bildirib.
Bundan başqa, “Reuters” agentliyi səfərlə tanış olan iki mənbəyə istinadən yazır ki, İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Roman Qofman ötən həftə Tramp administrasiyasının rəsmiləri ilə görüşlərində ABŞ-nin İran hədəflərinə qarşı İsraillə birgə zərbələr endirməyə çağırıb.
Qiymət Mahir