Maskın Çin səfərindən sonra “SpaceX”ə milyardlar axacaq?
ABŞ-li milyarder İlon Maskın Çinə səfərindən sonra çinli investorların “SpaceX”ə və ABŞ-nin bir sıra süni intellekt şirkətlərinə milyardlarla dollar sərmayə qoya biləcəyi ehtimal edilir.
TodayPress TV xəbər verir ki , bu barədə “RKM” “X” kanalı məlumat yayıb . Mask bu investisiyaları dəstəkləyə bilər. Sərmayə qoyuluşu baş tutarsa və ABŞ Konqresindəki demokratlar Çinlə qarşılıqlı investisiyaları dəstəkləyən qanunların qəbuluna nail olsalar, “SpaceX”in bazar dəyəri 2028-ci ilədək daha bir neçə milyard dollar arta bilər.
Məlumata görə, “SpaceX” texnologiya sızması ilə bağlı narahatlıqlar səbəbindən çinli investorları səhmlərinin ilkin kütləvi təklifinə (IPO) buraxmayıb. Şirkətin səhmləri 2026-cı il iyunun 12-də “Nasdaq” birjasında “SPCX” simvolu ilə alınıb-satılmağa başlayıb.
Zəhra Məmmədova