Simonyan Azərbaycana gəlir

Simonyan Azərbaycana gəlir
19.11.2026 10:25 Dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.

TodayPress TV Ermənistan mətbuatına istinadən məlumat verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Gələn ay Azərbaycana səfərim olacaq. Bakıya yox. Çünki Hikmət Hacıyev Ermənistana səfər etmişdi, indi mən də getməliyəm”, - o bildirib.

Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, iyun ayında Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilmişdi.    

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər