Gənc cüdoçularımız dünya çempionatında medal ovuna çıxır!
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı başlayıb.
TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın altı cüdoçusu medal uğrunda mübarizə aparacaq.
Oğlanların yarışında Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) tatamiyə çıxacaqlar.
Qızların mübarizəsində isə Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova (52 kq), Xədicə Qədəşova və Vüsalə Hacıyeva (hər ikisi 57 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 14 cüdoçu ilə təmsil olunur. Komandanın heyətində 9 oğlan və 5 qız idmançı yer alıb.
Namiq HUN