Zelenskidən ABŞ və Çinə: Oyun oynamayın, iş görün!
ABŞ və Çinin Rusiyaya birgə təzyiq göstərməsi Ukraynada hərbi əməliyyatların dayandırılmasına səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində bildirib.
Ukrayna liderinin fikrincə, Vaşinqton və Pekin münaqişəyə son qoymaq üçün kifayət qədər təsir imkanlarına malikdir. O hesab edir ki, hər iki ölkə bu istiqamətdə qəti addım atarsa, hətta bir görüşlə nəticə əldə etmək mümkündür.
“Əgər onlar müharibəni həqiqətən başa çatdırmaq istəyirlərsə, oyun oynamasınlar, bunu edə bilərlər. Çin və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və ya bunu edəcəklərini bəyan etsələr, Rusiya ilə həmin ölkələr arasında ixrac və idxalı dayandırsalar, müharibə başa çatar”, – deyə Zelenski bildirib.
Qiymət Mahir