Tramp və Si Cinpin görüşdü - Dünyanın diqqəti Şençjendə

Tramp və Si Cinpin görüşdü - Dünyanın diqqəti Şençjendə
19.11.2026 10:02 Dünya

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində görüşüblər.

TodayPress TV xəbər verir ki, görüş zamanı Tramp ABŞ-Çin münasibətlərinin daha ədalətli mərhələyə qədəm qoyduğunu və Vaşinqtonun məhz buna çalışdığını bildirib.

Bu, iki ölkə liderinin 2026-cı ildə üçüncü görüşüdür. Onlar bundan əvvəl may ayında Pekində, sentyabrda isə Vaşinqtonda danışıqlar aparıblar.

Tramp həmin gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. ABŞ lideri rusiyalı həmkarını dostu adlandıraraq onu görməkdən məmnun olduğunu bildirib. Görüş təxminən 40 dəqiqə davam edib.

Noyabrın 19-da isə Çin, ABŞ və Rusiya liderlərinin APEC sammiti çərçivəsində ilk üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Danışıqların gündəliyi hələlik dəqiqləşdirilməyib. Bununla belə, görüşdə silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər