Kvaratsxeliya dünyanın diqqətini üzərinə çəkdi!
PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya “GQ France” jurnalının versiyasına əsasən, 2026-cı ilin adamı adına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu barədə nəşrin rəsmi məlumatında bildirilib.
1996-cı ildən təqdim olunan mükafat idman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edən və cəmiyyətə təsir göstərən şəxslərə verilir.
Kvaratsxeliyadan başqa, “GQ France” nəşrinin 2026-cı il mükafatına fransalı MMA döyüşçüsü Salahdin Parnass da layiq görülüb.
Qeyd edək ki, gürcüstanlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona” ilə keçirilən və 4:2 hesabı ilə başa çatan qarşılaşmada dizinin çarpaz bağlarından zədələnib. Mətbuatda onun bərpasının təxminən doqquz ay çəkə biləcəyi bildirilib.
Kvaratsxeliya 2026-cı il “Qızıl top” mükafatının səsverməsində altıncı yeri tutub. O, mükafata namizəd göstərilən doqquz komanda yoldaşının hamısını qabaqlayıb.
Namiq HUN