“Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı
Azərbaycanın minifutbol komandaları Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında növbəti oyunlarını keçirirlər.
TodayPress TV xəbər verir ki, “Birbaşa Bakı” ilk matçında İngiltərənin “FC Ardelenii” komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Təmkin Xəlilzadə (5), Məhəmməd Xəlilov (20) və Vüsal İsayev (34) vurublar.