Bir dövrün sonu? LeBron Ceyms NBA reytinqində kəskin gerilədi!

Bir dövrün sonu? LeBron Ceyms NBA reytinqində kəskin gerilədi!
24.09.2026 09:12 İdman

ESPN 2026/2027-ci illər mövsümü üçün NBA-in ən yaxşı basketbolçularının reytinq siyahısını dərc edib. “Filadelfiya”nın ulduz forvardı LeBron Ceyms cədvəldə 18-ci pillədə qərarlaşıb.

TodayPress TV xəbər verir ki, təcrübəli idmançının əvvəlki illərdəki mövqeləri ilə müqayisədə ciddi geriləmə müşahidə olunur.

Müqayisə üçün qeyd edək ki, LeBron Ceyms 2025/2026-cı illər mövsümündə 8-ci, 2024/2025-də 7-ci, 2023/2024-də 9-cu, 2022/2023-də 6-cı, 2021/2022-də 3-cü, 2020/2021-də 1-ci, 2019/2020 mövsümündə isə 3-cü pillədə yer almışdı. 

Üstəlik, 2011-ci ildən 2019-cu ilə qədər olan dövrdə o, reytinq siyahısına fasiləsiz olaraq başçılıq edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər