“Benfika”da böyük dönüş: Amorim adı gündəmi SİLKƏLƏDİ

İdman

09.05.2026 10:24

Ruben Amorim Mourinyonun əvəzinə “Benfika”ya əsas namizəd göstərilir.  

TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, “Benfika” klubunun prezidenti Ruy Koşta hazırda komandanın baş məşqçisi Jose Mourinyo üçün mümkün əvəzləyici axtarışlarını davam etdirir.

Əsas namizədlərdən biri Ruben Amorim hesab olunur. Portuqaliyalı məşqçi son olaraq “Mançester Yunayted” klubunda 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər çalışıb.

Bildirilir ki, “Real Madrid” klubu Mourinyonu yenidən komandaya qaytarmağı mümkün variant kimi dəyərləndirir. İspaniya nəhəngi portuqaliyalı mütəxəssisi “komandanı yenidən qurmaq və paltardəyişmə otağında balansı bərpa etmək üçün yeganə real seçim” hesab edir.

Hazırda tərəflər arasında rəsmi razılaşma yoxdur, lakin hər iki tərəfin planlardan xəbərdar olduğu bildirilir.

Xatırladaq ki, Mourinyo 2010–2013-cü illərdə “Real Madrid”i çalışdırıb və həmin dövrdə komanda La Liqa, Kral Kuboku və İspaniya Superkubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Ruben Amorim, “Benfika”,“Real Madrid” , Jose Mourinyo ,Todaypress.tv,