Batrakov Türkiyədə ilk oyunu ilə “Qalatasaray” əfsanəsinin diqqətini çəkdi
“Qalatasaray”ın sabiq futbolçusu Saffet Akyüz komandanın yeni transferi Aleksey Batrakovun Türkiyə çempionatındakı debütünü dəyərləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Çempionat”a açıqlamasında bildirib.
Aküz Batrakovun meydana az müddət çıxmasına baxmayaraq, təhlükəli epizodlar yaratdığını bildirib:
“Batrakov “Göztəpə” ilə matçda az oynadı, amma onun təhlükəli vəziyyətlər, xüsusilə də rəqibin cərimə meydançasında epizodlar yaratdığını gördüm. Onun komandanın iki xətti – yarımmüdafiə və hücum arasında balans yaradan liderə çevrilib-çevrilməyəcəyini qarşıdakı həftələrdə və növbəti oyunlarda görəcəyik.
“Qalatasaray” ondan böyük ümidlər gözləyir. Xüsusilə yarımmüdafiə ilə hücum arasında əlaqə yaratmaq, boş zonalara daxil olmaq və açar ötürmələr vermək baxımından. Ümid edirəm ki, o, gözləntiləri doğruldacaq”.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan yarımmüdafiəçi avqustun 20-də Moskva “Lokomotiv”indən “Qalatasaray”a keçib və İstanbul təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
Batrakov yeni klubunda ilk oyununa Türkiyə Superliqasının III turunda “Göztəpə”yə qarşı matçda çıxıb. “Qalatasaray” həmin görüşdə 3:2 hesabı ilə qalib gəlib.
Namiq HUN