“Barselona”lı futbolçu Mbappeyə atmaca vurdu?
Erik Qarsiya madridli hücumçu Kilian Mbappeni NBA ulduzu Şey Gilces-Aleksander ilə müqayisə edib.
TodayPress TV xəbər verir ki, “Barselona”nın müdafiəçisi bu barədə ESPN-ə açıqlamasında danışıb.
Jurnalistin “Bir futbolçunu NBA oyunçusu ilə müqayisə edə bilərsən?” sualına Qarsiya belə cavab verib:
“Mbappe - Şey Gilces-Aleksander”.
“Bəs niyə?” sualına isə ispaniyalı futbolçu gülərək:
“Bunu deməyəcəyəm”, — deyə cavab verib.
Qeyd edək ki, Şey Gilces-Aleksander 2025-ci ildə NBA-in MVP mükafatını qazanıb. “Oklahoma Siti Tander” klubunun lideri tez-tez qayda pozuntularını “qazandığı” epizodlara görə tənqid olunur.
Namiq HUN