“Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq

“Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq
19.08.2026 09:29 İdman

“Barselona”nın baş məşqçisi Hansi Flik transfer pəncərəsi bağlanana qədər komandanın kapitanının kim olacağını müəyyənləşdirib.

TodayPress TV “Barca Family News”a istinadən xəbər verir ki,  alman mütəxəssis bu müddətdə kapitan sarğısını Rafinyanın daşıyacağını bildirib:

“Kapitan Rafinya olacaq. Mark-Andre ter Ştegen və Ronald Arauxo yoxdur, Frenki de Yonq isə hazırda oynaya bilmir. Buna görə də komandamız hələ tam formalaşmadığından səsvermə keçirənə qədər kapitanlarla bağlı belə qərar verdim.

Düşünürəm ki, komandaya hələ yeni futbolçular qoşula bilər və ya bəzi oyunçular ayrılmaq istəyə bilər. Hər şey dəqiqləşdikdən sonra səsvermə keçirəcəyik. O vaxta qədər isə Rafinya Erik Qarsiya və Pedri ilə birlikdə kapitan olacaq.

Frenkiyə gəlincə, o, zədələndiyi üçün belə qərar qəbul etdim. Lakin onunla münasibətlərimiz çox yaxşıdır. Frenki daha da yetkinləşib və çox peşəkar futbolçudur. Münasibətlərimiz yüksək səviyyədədir. Mən onunla komandadakı vəziyyəti və qarşıdakı oyunları daim müzakirə edirəm. Biz həqiqətən çox ünsiyyət qururuq.

Mənim üçün o, komandaya böyük fayda verə biləcək yüksək səviyyəli futbolçudur”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər