“Barselona”da qərar anı – Bastoni üçün son söz Flikindir
İdman
06.05.2026 17:27
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik Alessandro Bastoni transferinə hələ ki, yekun razılıq verməyib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto X sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, transferlə bağlı son qərar üçün məşqçinin razılığı hələ alınmayıb. Klubun idman direktoru Deko üçün müdafiə xəttinin gücləndirilməsi əsas prioritetlərdən biridir və Flik hazırda futbolçunun texniki keyfiyyətlərini qiymətləndirir.
Xatırladaq ki, “İnter” klubundan ayrılması gündəmdə olan 27 yaşlı müdafiəçinin transfer dəyərinin 50-60 milyon avro civarında olacağı bildirilir. “Transfermarkt” portalında isə onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Hans-Diter Flik,Barselona,Alessandro Bastoni ,transfer,Todaypress.tv,
