“Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı

“Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı
20.08.2026 09:56 İdman

“Barselona”nın idman direktoru Deku klubun yay transfer pəncərəsində mərkəz hücumçusu transferi ilə bağlı planlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

Deku bildirib ki, komandadan hücumçular Ferran Torres və Robert Levandovski ayrılıb. Onun sözlərinə görə, Torresi əvəzləmək mümkün olsa da, Levandovskinin yerini doldurmaq daha çətindir.

“İki futbolçu – Ferran və Robert komandadan ayrıldı. Ferranı yeni transferlərlə əvəz edə bilərik, amma Roberti əvəzləmək çox çətindir. Hətta yaxşı futbolçu tapsanız belə, bunu etmək asan deyil. Çünki o, komandamızın əsas fiqurlarından biri idi.

Daxili variantlarımız var, lakin mütləq müəyyən addımlar atacağıq. Söhbət ən yaxşı həlli tapmaqdan gedir”, – deyə Deku bildirib.

Qeyd edək ki, “Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün yeni mərkəz hücumçusu axtarır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər