“Barselona” “Kamp Nou”ya nə vaxt qayıdacaq?

“Barselona” “Kamp Nou”ya nə vaxt qayıdacaq?
25.06.2025 13:36 İdman

“Barselona” klubu yenidənqurma işləri aparılan “Kamp Nou” stadionuna avqustun 10-da qayıdacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, göstərilən tarixdə stadionun mərhələli açılışı baş tutacaq və hadisə klubun ənənəvi “Joan Gamper Kuboku” çərçivəsində qeyd olunacaq.

Tədbirlə bağlı əlavə detalların yaxın günlərdə açıqlanacağı vurğulanıb.

Xatırladaq ki, “Kamp Nou” stadionunun rekonstruksiyası artıq iki ildən çoxdur davam edir. Layihə “Espai Barça” adlı genişmiqyaslı yenilənmə proqramının bir hissəsidir. Klub stadionun müasir standartlara cavab verən infrastrukturla azarkeşlərini qarşılamağa hazırlaşır.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər