“Barselona” apellyasiya şikayəti verdi
“Barselona” klubu baş məşqçi Hans-Diter Flikin cəzalanması ilə bağlı yenidən apellyasiya şikayəti verib.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı məşqçinin diskvalifikasiyası ilə razı deyil.
Yerli mətbuatın məlumatına görə, klub rəhbərliyi bununla bağlı İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsinə müraciət ünvanlayıb.
Xatırladaq ki, Hans-Diter Flik son turda “Jirona” ilə keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi qərarı qüvvədə saxlasa, o zaman baş məşqçi oktyabrın 26-da “Real Madrid”lə matçda texniki zonada yer ala bilməyəcək.
Namiq HUN