Barkola üçün sərvət ödədilər: “Liverpul” transferi rəsmiləşdirdi
“Liverpul” klubu PSJ-nin hücumçusu Bredli Barkolanın transferini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mənbənin məlumata görə, tərəflər transferlə bağlı razılığa gəliblər. Daha əvvəl “Liverpul”un 23 yaşlı futbolçunun keçidini tamamladığı bildirilmişdi.
“Liverpul” Barkolanın transferi üçün PSJ-yə 125 milyon avro sabit ödəniş edəcək. Bonuslarla birlikdə bu məbləğ 20 milyon avro da arta bilər.
Barkola ötən mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 49 matçda meydana çıxıb. O, həmin görüşlərdə 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalında Barkolanın bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
Namiq HUN