125 qadın əsgər Səudiyyədə hamilə qaldı - Geri qaytarılırlar
Səudiyyə Ərəbistanının Yəmən müharibəsi ilə əlaqədar ölkədə olan hamilə Pakistanlı qadın hərbçiləri geri göndərmək qərarı verdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, bu barədə "Pashto Express" məlumat yayıb.
Məlumata görə, Pakistanın Səudiyyə Ərəbistanı ilə müdafiə müqaviləsi çərçivəsində ölkəyə 5 mindən çox qadın hərbi qulluqçu göndərdiyi, onlardan 125-nin isə hamilə qaldığı bildirilir.
Qeyd edək ki, yayılan məlumatda bu iddiaları təsdiqləyən rəsmi mənbə göstərilmir.
Türkan İsgəndərli