Cəbubi koreyalı qonaq: "Qobustanda çinli, təyyarədə isə koreyalı turistləri görüb çox sevindim"

Cəbubi koreyalı qonaq: "Qobustanda çinli, təyyarədə isə koreyalı turistləri görüb çox sevindim"
29.10.2026 10:59 Tədbirlər

Oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandıran cənubi koreyalı iş adamı cənab Ray Azərbaycanın turizm potensialı və Asiya bazarından olan maraq barədə təəssüratlarını bölüşüb.

İki gün əvvəl işgüzar görüşlər üçün Bakıya gəldiyini bildirən cənab Ray, Asiyadan, xüsusilə Cənubi Koreya və Çindən gələn turistlərin sayındakı artımın sevindirici hal olduğunu vurğulayıb:

“Bakıya uçarkən təyyarədə bütün yerlər dolu idi və mənimlə birgə gələn bir koreyalı turist qrupunu gördüm. Koreyalı turistlərin gəlişini müşahidə etmək məni həm təəccübləndirdi, həm də çox sevindirdi. Dünən Qobustanda olarkən isə çinli turistlərlə qarşılaşdım. Asiyadan Bakıya və ümumilikdə Azərbaycana turist axınının olması çox müsbət göstəricidir.”

Səfər çərçivəsində vaxt məhdudiyyəti səbəbindən hələlik yalnız Qobustanı gəzmək imkanı əldə etdiyini deyən cənab Ray, onunla birgə gələn alıcıların və iş tərəfdaşlarının ölkənin müxtəlif bölgələrini gəzdiklərini qeyd edib:

“İşgüzar görüşlər üçün cəmi iki gün əvvəl gəldiyimdən şəxsən yalnız Qobustana gedə bildim. Lakin mənimlə gələn bütün alıcılar və tərəfdaşlar Azərbaycanın müxtəlif yerlərinə səfər etdilər, ölkənin gözəlliklərini kəşf etdilər və yerli şərabların dadına baxdılar.”

Əslən Cənubi Koreyadan olan cənab Ray müsahibəsinin sonunda Azərbaycan dilində “Mən Azərbaycanı sevirəm” deyərək ölkəmizə olan rəğbətini ifadə edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər