Zelenksiyə sui-qəsd edildi?
Ukrayna Prezidenti Volodimir Zelenski ona qarşı bir neçə dəfə sui-qəsd planının hazırlandığını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə açıqlamasında həmin təhlükələrə diqqətini cəmləyə bilmədiyini deyib.
O bildirib ki, bu barədə məlumatları mediadan, kəşfiyyat orqanlarından, xüsusi xidmət əməkdaşlarından və şəxsi mühafizəçilərindən alıb.
“Onlar mənə deyirlər: “Ehtiyatlı olmalısan. Həyat tərzini dəyişməliyik. Təhlükəsizliyini artırmalıyıq. Gündəlik rejimini, gecə və gündüz fəaliyyətini dəyişməlisən’”. Amma mən bunu edə bilmərəm. Əks halda, uğrunda mübarizə apardığımız həyat bu olmazdı. Biz azadlıq uğrunda mübarizə aparırıq”, – deyə Zelenski bildirib.
Qiymət Mahir
Zelensky on Russian assassination attempts against him:
— Clash Report (@clashreport) November 19, 2026
Several times, they prepared such things against me, but I can't focus on it.
I have this information from the media, from intelligence, from the Secret Service or from my bodyguards.
They say, "You have to be careful.… pic.twitter.com/6so8qwlIxe