Bakı trası bağışlamır: İkinci sınaq yürüşündə ard-arda uğursuzluqlar!
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü iki pilot üçün uğursuzluqla nəticələnib.
TodayPress TV xəbər verir ki, sınaq yürüşü zamanı əvvəlcə “Racing Bulls” komandasının pilotu Arvid Lindbladın bolidi idarəetmədən çıxaraq baryerə çırpılıb.
Qəza səbəbindən trekdə qırmızı bayraqlar qaldırılıb və sessiyanın gedişi müvəqqəti olaraq dayandırılıb.
Bu hadisədən bir qədər sonra isə “Haas” komandasının britaniyalı pilotu Oliver Berman mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Buna onun bolidində yaranan texniki nasazlıq səbəb olub.
Qeyd edək ki, Bakı şəhər halqasında keçirilən Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.
Namiq HUN
Formula-1
Azərbaycan Qran-prisi
Arvid Lindblad
Oliver Berman
Haas
Racing Bulls
Namiq HUN
Todaypress.tv