DİQQƏT! Dövlət Sərhəd Xidməti mediaya müraciət etdi - FOTO

DİQQƏT! Dövlət Sərhəd Xidməti mediaya müraciət etdi - FOTO
02.11.2026 17:32 Hərbi

Dövlət Sərhəd Xidməti (DSX) media nümayəndələrindən  qurumla bağlı xəbərlərdə aktual foto və vizual materiallardan istifadə etmələrini xahiş edir. 

TodayPress TV xəbər verir ki, bunula bağlı  Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti müraciət ünvanlayıb.

Qurumdan bildirilib ki, DSX-nin şəxsi heyəti uzun müddətdir yeni kamuflyajlı geyim formasından istifadə etsə də, bəzi media subyektlərinin xəbərlərində hələ də əvvəlki geyim formasını əks etdirən foto və görüntülərə yer verilir.

Mətbuat xidməti media nümayəndələrini bundan sonra Dövlət Sərhəd Xidməti ilə bağlı xəbər və paylaşımlarda şəxsi heyətin hazırda istifadə etdiyi geyim formasını əks etdirən foto və vizual materiallara üstünlük verməyə çağırıb.



XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər