Azərbaycanlı döyüşçülər evdə gücünü göstərəcək!
İdman
06.05.2026 14:59
Bakıda keçiriləcək UFC Fight Night turnirinin döyüş kartı açıqlanıb.
TodayPress TV xəbər verir ki, iyunun 27-də təşkil olunacaq gecədə azərbaycanlı döyüşçülər də əsas kartda yer alacaq.
Azarkeşlər yüngül çəkidə Rafael Fiziyev ilə Manuel Torres, eləcə də Nazim Sadıxov ilə Kauye Kamilo arasında keçiriləcək döyüşləri maraqla gözləyirlər.
Turnir çərçivəsində yüngül ağır çəkidə Ibrahim Yahyayev ilə Julius Uoker arasında qarşılaşma da proqramda yer alıb.
“Prelims” adlanan ilkin döyüşlər saat 17:00-da, əsas kart isə saat 20:00-da start götürəcək.
Ümumilikdə gecə ərzində azarkeşlərə 12 döyüş təqdim olunacaq.
Namiq HUN
tag: UFC Fight Night,Turnir,Rafael Fiziyev,Döyüş,Todaypress.tv,
