Azərbaycanlı alpinist zirvəni fəth etdi

Azərbaycanlı alpinist zirvəni fəth etdi
25.10.2025 14:13 İdman

Azərbaycanlı alpinist Elmira Aslanova İndoneziyada yerləşən Caya dağının zirvəsini (Puncak Jaya / Carstensz Pyramid, 4884 m) fəth edib.

TodayPress TV İdman.biz-ə istinadən xəbər verir ki, Okeaniyanın ən yüksək nöqtəsi sayılan Caya dağı əhəngdaşı qayalardan ibarətdir və texniki baxımdan olduqca çətin relyefə malikdir.

Bu zirvə ən mürəkkəb marşrutlardan biri hesab olunur. Piyada yolu bağlı olduğundan ora yalnız helikopterlə çatmaq mümkündür. Tropik iqlim, daimi yağış və sürüşkən qayalar alpinistlər üçün əlavə sınaq yaradır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər