Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında!
Cırtdan və Göyçək Fatma Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının maskotları olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarış zamanı tribunalarda yer alacaq bu nağıl qəhrəmanları yalnız çempionatın maskotları olmayacaq, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin və qonaqpərvərliyinin simvolu kimi çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatının C qrupunda mübarizə aparacaq Azərbaycan millisi Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Namiq HUN