Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı

Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı
16.06.2026 20:15 İdman

Azərbaycanın daha 3 boksçusu Çinin Quyyan şəhərində keçirilən reytinq xarakterli Dünya Kubokunda mərhələ adlayıb.

TodayPress TV Azərbaycan Boks Federasiyasına istinadən xəbər veri ki, 55 kq-da Amin Məmmədzadə Paak Yinq Honu (Honkonq) sınağa çəkib.

Azərbaycan təmsilçisi rəqibini 5:0 (30:26, 30:25, 30:24, 30:25, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samandar Olimovla (Özbəkistan) üz-üzə gələcək.

Görüş iyunun 17-də olacaq.

Səidcəmşid Cəfərov (75 kq) da Dünya Kubokuna qələbə ilə başlayıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirəcək.

Döyüş iyunun 19-da olacaq.

Komanda yoldaşlarının uğurunu Alfonso Dominqes (90 kq) də davam etdirib. Dünya çempionu 1/4 finalda Kevin Lebovskini (Almaniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən Dominqes bu mərhələdə İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokuna iyunun 21-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər