Azərbaycanın adaptiv cüdo qrupu Sarayevoda yarışacaq

Azərbaycanın adaptiv cüdo qrupu Sarayevoda yarışacaq
22.09.2026 21:50 İdman

25–26 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.

TodayPress TV xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.

Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər