Azərbaycan millisi finalın bir addımlığında
Bu gün minifutbol üzrə dünya çempionatında finala yüksələn komandaların adına aydınlıq gələcək.
TodayPress TV xəbər verir ki, İngiltərə millisini (2:1) məğlub edən Azərbaycan komandası yarımfinal mərhələsində Monteneqro yığması ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşündə isə Macarıstan millisi Serbiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Namiq HUN