18 yaşlı tennisçi əfsanəvi Venus Uilyamsı darmadağın etdi

18 yaşlı tennisçi əfsanəvi Venus Uilyamsı darmadağın etdi
27.10.2026 16:47 İdman

Amerikalı tennisçi, “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi Venus Uilyamsla avstriyalı Lilli Taqger arasında yaş fərqi WTA turnirləri tarixində rekord göstərici ilə nəticələnib.

TodayPress TV xəbər verir ki, 46 yaşlı Uilyamsla 18 yaşlı Taqger arasında yaş fərqi 28 il olub. Bu, WTA turu yarışları üçün rekord hesab olunur.

Tennisçilər Çinin Quançjou şəhərində keçirilən turnirin ilk mərhələsində üz-üzə gəliblər. Görüş Taqgerin 6:2, 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matç 1 saat 13 dəqiqə davam edib.

Qeyd edək ki, bu məğlubiyyət Venus Uilyams üçün cari mövsümdə ardıcıl 16-cı olub. Amerikalı tennisçi WTA turnirlərində sonuncu dəfə 2025-ci ilin iyulunda Vaşinqtonda qələbə qazanıb. O, həmin vaxt ilk turda həmyerlisi Peyton Sternsə 6:3, 6:4 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər