Azərbaycan millisi dünya çempionuna qarşı

Azərbaycan millisi dünya çempionuna qarşı
27.05.2025 09:15 İdman

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.   

TodayPress TV xəbər verir ki, bu gün 4 oyun keçiriləcək. 

A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, ilk və son dünya çempionu Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Karpat oğlanları həm də son qitə çempionatının finalçısıdırlar. 

Həmçinin, dünya çempionatının finalına aparan yolda İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa isə Mavritaniya yığması ilə qarşılaşacaq.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər