Azərbaycan Kuboku: “Turan Tovuz” növbəti mərhələdə
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda artıq bəlli olub.
TodayPress TV xəbər verir ki, Premyer Liqa təmsilçisi “Turan Tovuz” I Liqa klubu “Şahdağ Qusar”ı mübarizədən kənarlaşdıraraq adını növbəti mərhələyə yazdırıb.
Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda qalib komandanın heyətində Ayxan Hüseynov və Aleks Souza fərqləniblər.
“Turan Tovuz” klubu növbəti raundda “Araz-Naxçıvan” - “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 4-də başa çatacaq.
Namiq HUN