Azərbaycan Kuboku: “Sabah” 1/8 finaldan uğurla keçdi
“Sabah” klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, 1/8 finalda “İmişli”yə (2:1) qalib gələn paytaxt təmsilçisi 1/4 finalda “Qəbələ” – “Şəfa” cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” əlavə vaxtda “Neftçi”ni (1:0), “Şamaxı” isə “Baku Sportinq”i (1:0) məğlub edib.
Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.
Namiq HUN