Azərbaycan karateçiləri gümüş medal qazandılar
Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.
TodayPress TV xəbər verir ki, 27 ölkədən 1100-ə yaxın idmançının iştirak etdiyi yarışda "Qaraqaplan Karate Klubu"nun idmançısı Qəhrəman Rzaquliyev 12-13 yaş, -45 kq çəki kateqoriyasında 5 görüş keçirərək finala yüksəlib. Şəxsi məşqçisi Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Qəhrəman finalda Özbəkistan təmsilçisinə məğlub olaraq ikinci yeri tutub.
"Arpaçay Karate Klubu"nun idmançısı Məmmədrəhimov Ömər isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək gümüş medal qazanıb. Ömərin şəxsi məşqçisi Roman Heydərov, yığma komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.
Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.