Azərbaycan karateçiləri Batumidə iki medal qazandı

Azərbaycan karateçiləri Batumidə iki medal qazandı
26.10.2025 15:00 İdman

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.

TodayPress TV xəbər verir ki, kyokşin karate üzrə yarışda Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov və baş məşqçi Anar Cəfərovun rəhbərliyi ilə yeniyetmələrdən ibarət komanda çıxış edib.

Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycan millisindən Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal əldə edib. Turnirdə ümumilikdə 15 ölkədən 450-dən çox idmançı iştirak edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər