Azərbaycan güləşçisi beynəlxalq turnirdə medal aldı

Azərbaycan güləşçisi beynəlxalq turnirdə medal aldı
24.02.2026 14:25 İdman

Rusiyanın Xantı-Mansiysk şəhərində sərbəst güləş üzrə “Vladimir Semyonov kuboku” turniri keçirilib. 

TodayPress TV xəbər verir ki, 14 ölkənin təmsil olunduğu yarışda Azərbaycanı 79 kq çəki dərəcəsində Ramiz Həsənov uğurla təmsil edib. 

Nəticə ilk baxışda lokal turnir uğuru kimi görünsə də, beynəlxalq güləş praktikasında belə yarışlar ciddi əhəmiyyət daşıyır.

Ramiz Həsənovun qazandığı bürünc medal Azərbaycan sərbəst güləşinin ehtiyat qüvvələrinin hazır vəziyyətdə olduğunu və 79 kq-da rəqabət qabiliyyətinin qorunduğunu göstərir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər