Azərbaycan güləşçiləri U-20 dünya çempionatının sonuncu günündə iki medal qazandılar

Azərbaycan güləşçiləri U-20 dünya çempionatının sonuncu günündə iki medal qazandılar
23.08.2026 23:55 İdman

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq-da medalçılar müəyyənləşib.

TodayPress TV Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabıyla məğlub olan Hacı gümüş medalı boynundan asıb.

Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.

Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər