Azərbaycan gimnastı Avropa çempionatının finalına yüksəldi

Azərbaycan gimnastı Avropa çempionatının finalına yüksəldi
28.05.2025 10:50 İdman

Nikita Simonov Almaniyada keçirilən idman gimnastikası üzrə Avropa çempionatının final mərhələsinə yüksəlib.   

TodayPress TV xəbər verir ki, o, Leypsiq turnirində özünün əsas növü olan halqalarda çıxış edib. 

Son qitə çempionatının gümüş mükafatçısı hakimlərdən 14,033 xal alaraq təsnifat mərhələsində yeddinci yeri tutub. 

Halqalarla yarışın finalı mayın 30-da keçiriləcək.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər