Azərbaycan cüdosundan Krakov zəfəri: 7 qızıl medal!
Azərbaycanın cüdo üzrə milli komandası Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
TodayPress TV Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız yarışda 7 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Bu nəticə Azərbaycan millisinin turnirdə komanda hesabında birinci olmasına imkan verib.
Böyüklər arasında keçirilən yarışda Balabəy Ağayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.
U-16 yaş kateqoriyasında isə Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, daha əvvəl U-18 yaş kateqoriyasında oğlanlardan ibarət Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 2 bürünc medal olmaqla 7 medala sahib çıxıb.
Namiq HUN