Azərbaycan cüdoçuları Türkiyəni fəth etdi: 4 idmançı, 4 medal!

Azərbaycan cüdoçuları Türkiyəni fəth etdi: 4 idmançı, 4 medal!
23.08.2026 11:07 İdman

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər