Azərbaycan boksçuları Dünya Kubokunda rinqə çıxır

Azərbaycan boksçuları Dünya Kubokunda rinqə çıxır
02.12.2025 14:08 İdman

Azərbaycanın boks üzrə yığma komandasının üzvləri dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində start götürəcək neft ölkələri arasında Dünya Kubokunda iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Sibirdə nefti kəşf edən azərbaycanlı Fərman Salmanovun xatirəsinə həsr olunan turnirdə 15 ölkənin boksçuları mükafatlar uğrunda mübarizə aparacaqlar. Dünya kuboku dörd gün davam edəcək. 

Yarışda milli üzvlərindən Yadigar Əliyev, Ramal Yolçiyev (hər ikisi 51 kq), Mətin Məmmədov (57 kq), Əli Miriyev (60 kq), Ruslan Bayramov (63,5 kq), Malik Həsənov (67 kq), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kq) rinqə çıxacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər