Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı

Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı
15.06.2026 18:15 İdman

Azərbaycanın iki boksçusu Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.

TodayPress TV Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Sübhan Mamedov (50 kq) 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən Azərbaycanın dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər