Azərbaycan boksçuları Dubayda ilk qələbələrini qazandı
Birləşmiş Ərəb Əmirliklərində kişi boksçular arasında dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Dubay turnirində iki boksçumuz ilk qələbəsini qazanıb.
Maqsud Xasmetov (63,5 kq) 1/16 final mərhələsində ruandalı Pasifik Niyonzima üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda tacikistanlı Ruslan Qafurovla döyüşəcək.
Sərxan Əliyev (71 kq) isə Keniya boksçusu Bonifatsiy Maynanı rinqdən qovub. Dünya çempionatının bürünc medalçısı 1/8 finalda latviyalı Arturs Vaislə münasibətinə aydınlıq gətirəcək.
Boks üzrə dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Namiq HUN