Azərbaycan bayrağı Belçikada dalğalandı: Makentidən gümüş nəticə!

Azərbaycan bayrağı Belçikada dalğalandı: Makentidən gümüş nəticə!
07.09.2026 18:24 İdman

Patrik Makenti Belçikadakı beynəlxalq turnirdə 2-ci yeri tutub.

TodayPress TV Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, konkur üzrə milli komandamızın üzvü Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən beynəlxalq turnirdə iki uğurlu nəticə göstərib.

135 sm maneə yarışında 39 idmançı arasında mübarizə aparan Makenti 0 cərimə balı və 59.90 saniyəlik nəticə ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

6-8 yaşlı atların yarışında (130 sm) isə 28 atlının qatıldığı yürüşdə təmsilçimiz marşrutu 0 cərimə balı və 69.16 saniyəyə qət edərək 5-ci yeri tutub.

Qarşıda idmançımızı 16-20 sentyabr aralığında Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatı gözləyir.

Namiq HUN

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər