Azərbaycan basketbolunda dönüş: Millimiz Dublində dramatik qələbə qazandı
İdman
28.02.2026 09:15
Kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası 2029-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, millimiz səfərdə İrlandiya yığması ilə qarşılaşıb.
Dublin şəhərində yerləşən “National Basketball Arena”da baş tutan qarşılaşma komandamızın 76:75 hesablı qələbəsi ilə başa çatıb.
Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə ilk qalibiyyətini məhz bu oyunda qazanıb. Matçın taleyi son saniyələrdə həll olunub və millimiz minimal üstünlüyü qoruyaraq vacib 2 xalı aktivinə yazdırıb.
Qeyd edək ki, yığmamız A qrupunda daha əvvəl Şimali Makedoniyaya 49:87, Lüksemburqa isə 90:95 hesabı ilə uduzmuşdu.
Hazırda Azərbaycan millisi 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.
Namiq HUN
tag: Basketbol,Azərbaycan,İrlandiya ,Qələbə,Todaypress.tv,
