Ayxan Abbasovdan Litvaya qarşı qələbə vədi

Ayxan Abbasovdan Litvaya qarşı qələbə vədi
26.09.2026 18:41 İdman

UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 27-də Litva və Azərbaycan milli komandaları qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, “Dariaus ir Gireno” stadionunda keçiriləcək görüşdən əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və hücumçu Mahir Emreli mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Ayxan Abbasov bildirib ki, komanda Millətlər Liqasındakı ilk oyununa hazırdır:

“Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Son 4 oyunlarına nəzər salsaq, görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik.

Biz də yoldaşlıq oyunu keçirdik və həmin oyundan fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır.

Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq”.

Mahir Emreli isə qarşılaşmanın əhəmiyyətindən danışaraq komandanın yaxşı nəticə qazanmağa çalışacağını deyib:

“Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər