Ayxan Abbasov qələbədən sonra bunları danışdı

Ayxan Abbasov qələbədən sonra bunları danışdı
23.09.2026 23:01 İdman

Azərbaycan millisinin Tacikistanla keçirdiyi yoldaşlıq görüşünün çətin olacağını əvvəlcədən gözləyirdik.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov 1:0 hesablı qələbə ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandanın qarşılaşmada yaxşı mübarizə apardığını bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Belə ağır oyun olacağını bilirdik. Komandaya motivasiya baxımından qələbə vacib idi. İlk hissədə oyunun tempini istədiyimiz səviyyəyə çatdıra bilmədik. Fasilədən sonra etdiyimiz dəyişikliklər öz təsirini göstərdi və tempi artırdıq. Ümid edirəm, zədəli futbolçularımız qısa zamanda komandaya qayıdacaq. Abdulla Xaybullayevin zədəsi ciddi deyil. Digər oyunçuların da tezliklə sıraya dönəcəyinə ümid edirəm. Yaxşı futbol göstərmək üçün zamana ehtiyacımız var. Hazırda heyətdə fərqli oyunçular var. Qarşıda üç günümüz qalıb. Gənc futbolçular da komandaya cəlb olunub”.

Abbasov hücumçu Mahir Emrelinin performansından da danışıb:

“Mahir qol vurmaq istəyir. Mən onunla bu barədə söhbət etmişəm. Düşünürəm ki, qol vurmaq barədə həddindən artıq düşünməsə, onun üçün daha yaxşı olar. İnanıram ki, zədələrdən sonra qollarını da vuracaq”.

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər