“Ayaks” matçı ərəfəsində həyəcan
İdman
05.12.2025 14:31
“Qarabağ” klubunun iki futbolçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son iki matçından birini buraxa bilər.
TodayPress TV xəbər verir ki, müdafiəçilər Mateus Silva və Kevin Medina cəza təhlükəsi ilə üz-üzə qalıblar.
Silva “Kopenhagen” (2:0, II tur) və “Çelsi” (2:2, IV tur) klubları ilə keçirilən oyunlarda sarı vərəqə alıb.
Kevin Medina isə “Çelsi”yə və “Napoli”yə (0:2, V tur) qarşı matçlarda xəbərdarlıqla cəzalandırılıb.
Liqa mərhələsində üçüncü sarı vərəqəni alan futbolçu növbəti görüşü avtomatik buraxacaq.
Bu səbəbdən “Ayaks” ilə VI tur matçında hər iki oyunçu ehtiyatlı olmalıdır. Əks halda, “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşmada Azərbaycan çempionu ciddi itki ilə üzləşə bilər.
Qeyd edək ki, “Qarabağ” Niderland “Ayaks”ı ilə dekabrın 10-da qarşılaşacaq.
Namiq HUN
tag: Qarabağ,Ayaks,Matç,Futbol,Todaypress.tv,
