Avropa çempionatının ikinci günü medala əlimiz çatmadı

Avropa çempionatının ikinci günü medala əlimiz çatmadı
27.06.2025 16:45 İdman

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyada keçirilən Avropa çempionatının ikinci gününü medalsız başa vurublar.

TodayPress TV xəbər verir ki, Skopye turnirinin ikinci günü tatami üzərinə çıxan 7 cüdoçumuz fəxri kürsüdə yer ala bilməyib.

Milli üzvlərindən Əli Hümbətov (66 kq), Ayxan Həsənli, Səid Şərifov (hər ikisi 73 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) ilkin mərhələlərdə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, ilk yarış günündən sonra Azərbaycan cüdoçuları Avropa çempionatında 6 medal qazanıblar. Komandamızın aktivində 3 qızıl, 1 gümü və 2 bürünc medal var.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər